Friday, January 23, 2015

                Azıx mağarası

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250 metr yüksəklikdə yerləşir. Xocavənd rayonu ərazisində, rayonun AzıxSalaketin kəndləri arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.
Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyətiMustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.
1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor D.V.Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.

Azərbaycanda məskunlaşma qədim dövrlərə gedib çıxır. Məskunlaşmanın qədim izlərinə Daş dövrünə aid çənə sümüyü tapılmış Azıx mağarasını, Mezolit dövrü nümayiş etdirən Qobustandakı qaya üstü rəsmləri və arxeoloji tapıntıları, Tunc dövrünə aid Gəmiqaya petroqliflərini və Manna mədəniyyətini əks etdirən Həsənlunu göstərmək olar.
Azərbaycan ərazisində yaranan ilk dövlət Mannadır. Daha sonra Azərbaycan Midiya, Əhəmənilər və Sasanilər imperiyalarının tərkib hissəi olmuşdur. Azərbaycan adının yaranmasının versiyalarından biri olaraq Atropatenanın banisi Atropat olaraq göstərilir Əhəməni canişini olan Atropat Makedoniyalı İskəndərin inamını qazanmamış onun və Perdikkinin ölümündən sonra yeni dövlətin əsasını qoymuşdur.