Azərbaycanda məskunlaşma
qədim dövrlərə gedib çıxır. Məskunlaşmanın qədim izlərinə Daş dövrünə aid çənə
sümüyü tapılmış Azıx
mağarasını, Mezolit dövrü nümayiş etdirən Qobustandakı qaya üstü rəsmləri və arxeoloji tapıntıları,
Tunc dövrünə aid Gəmiqaya
petroqliflərini və Manna mədəniyyətini əks etdirən Həsənlunu göstərmək olar.
Azərbaycan ərazisində yaranan
ilk dövlət Mannadır. Daha sonra
Azərbaycan Midiya, Əhəmənilər və Sasanilər imperiyalarının tərkib hissəi
olmuşdur. Azərbaycan adının yaranmasının versiyalarından biri olaraq Atropatenanın banisi Atropat olaraq göstərilir
Əhəməni canişini olan Atropat Makedoniyalı İskəndərin inamını qazanmamış onun
və Perdikkinin ölümündən sonra yeni dövlətin əsasını qoymuşdur.
No comments:
Post a Comment