Azıx mağarası
Azərbaycanın
cənub-qərbindəki Kiçik
Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın
Quruçay dərəsində, Quruçay
çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250
metr yüksəklikdə yerləşir. Xocavənd rayonu ərazisində,
rayonun Azıx
və Salaketin kəndləri
arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir.
Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8
dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.
Azıx mağarası Daş dövrü insanlarının
yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı
ildə Məmmədəli
Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit
Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış
tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay
mədəniyyəti, Aşel
mədəniyyəti və Mustye
mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.
1968-ci ilin iyununda M.M.Hüseynovun
rəhbərliyi altında Paleolit
arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda
apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai
insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin
orta Aşel
mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan
çənə üzərində professor D.V.Hacıyev
uzun müddət elmi tədqiqat işləri aparmışdır.
No comments:
Post a Comment